Elektron aviabilet nədir?
Elektron sərnişin bileti aviabiletin ənənəvi kağız blank əvəzinə təklif olunan elektron formasıdır. Elektron biletin üstünlükləri:

  • onu unutmaz və ya itirməz, onu oğurlaya bilməzlər.
  • hər bir kəs başqa şəhərdə yaşayan qohumları və ya dostları üçün elektron bilet ala bilər; elektron bilet sahiblərinin şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə hava limanında qeydiyyat prosedurundan keçmələri kifayət edəcəkdir.
Aviabiletin dəyişdirilməsi və qaytarılması hallarında sərnişinlərə hansı cərimələr tətbiq olunur?
Azərbaycan Hava Yolları biletləri üçün
Uçuşdan əvvəl bilet tarixini dəyişmək –  40 eur cərimə
Uçuşdan  sonra bilet tarixini dəyişmək –  65 eur cərimə
Uçuşdan əvvəl bileti qaytarmaq  –  100 eur cərimə
Uçuşdan sonra bileti qaytarmaq  –  125 eur cərimə

Türk Hava Yolları biletləri üçün
Uçuşdan əvvəl bilet tarixini dəyişmək –  30 eur cərimə (əgər eyni klasslar olarsa; olmazsa əlavə olaraq klass arası fərq ödənilir)
Uçuşdan sonra bilet tarixini dəyişmək –  90 eur cərimə (əgər eyni klasslar olarsa; olmazsa əlavə olaraq klass arası fərq ödənilir)
Uçuşdan əvvəl bileti qaytarmaq  –  60 eur cərimə
Uçuşdan sonra bileti qaytarmaq  –  120 eur cərimə

Aeroflot biletləri üçün
Uçuşdan əvvəl bilet tarixini dəyişmək –  50 eur cərimə
Uçuşdan sonra bilet tarixini dəyişmək –  100 eur cərimə
Uçuşdan əvvəl bileti qaytarmaq  –  100 eur cərimə
Uçuşdan sonra bileti qaytarmaq  –  150 eur cərimə
Qeyd: Aeroflot biletləri üçün göstərilən cərimə qiymətləri promosyon biletlərə aid edilmir.

 

Hava limanında qeydiyyat və minik vaxtı?
Reysin planlaşdırılmış uçuş vaxtından 2 saat qabaq hava limanında sərnişinlərin və baqajın qeydiyyatdan keçməsinə başlanılır və bir qayda olaraq, qeydiyyat masaları reysin uçuşuna 40 dəqiqə qalmış bağlanır.
Reysə gecikməmək üçün, heç olmazsa, təyyarənin yola düşməsinə 20 dəqiqə qalmış təyyarəyə minmə qapılarının yanında olmalısınız.

 

Hava yolları ilə səyahətə çıxarkən pulsuz baqaj daşıma haqqım nə qədərdir?
Azərbaycan Hava Yolları ilə uçan sərnişinlər üçün pulsuz baqaj daşıma haqqı:
  • biznes klass`da  – 50 kq baqajda və iki 5 kq-lıq yer (cəmi 10 kq) salonda;
  • ekonom klass üçün – 40 kq baqajda və bir 5 kq-lıq yer salonda;
  • yeri olmayan körpələr üçün – boş yer olduğu təqdirdə salona keçirilməsi mümkün olan 10 kq baqaj.

Qeyd: ATR tipli təyyarələr ilə həyata keçirilən uçuşlar istisnadır (20 kq baqajda və salonda bir 5 kq-lıq əl yükü).

Türk Hava Yolları ilə uçan sərnişinlər üçün pulsuz baqaj daşıma haqqı:

  • biznes klass üçün – 30 kq baqajda və iki 8 kq-lıq yer (cəmi 16 kq) salonda;
  • komfort və ekonom klass üçün – 20 kq baqajda və bir 8 kq-lıq yer salonda;
  • 2 yaşadək körpələr üçün – 10 kq baqaj + 1 ədəd qatlanan uşaq arabası

Aeroflot ilə uçan sərnişinlər üçün pulsuz baqaj daşıma haqqı:

  • biznes klass üçün – 30 kq baqajda və bir 15 kq-lıq yer salonda;
  • ekonom klass üçün – 20 kq baqajda və bir 10 kq-lıq yer salonda;
  • 2 yaşadək körpələr üçün – 10 kq baqaj
Hava yolları ilə səyahət zamanı hansı əşyaların baqajda daşınmasına və ya təyyarə salonuna keçirilməsinə icazə verilmir?

Baqajda daşınması qəti qadağan olunan əşyalar
 Radioaktiv maddələr
 Qaz
 Partlayıcı maddələr
 Fişəng
 Zəhər
 Paslanmaya meylli maddələr
Maqnitlər

Baqaja verilməsinə icazə verilən, amma qəti surətdə salona keçirilməsi qadağan olunan əşyalar
Təchizat
Soyuq silah
Odlu silah

Baqaja təhvil verilməsinə və eləcə də salonda daşınmasına icazə verilən əşyalar
Tualet əşyaları: ətirlər, aerozollar
Kibrit, alışqanlar

Baqajın itməsi hallarında nə etmək lazımdır?
Baqajın itməsi hallarında sərnişin hava limanını tərk etmədən uçduğu hava yolu şirkətinin İtmiş Əşyalar Ofisinə səyahət bileti, baqaj etiketi və şəxsiyyəti təsdiq edən sənədlə müraciət edib İtmiş Baqaj Raportu (PIR – Property Irregularity Report) almalıdır. Tapılan baqaj ən qısa vaxt müddətində sərnişinə pulsuz olaraq çatdırılır. Baqaj 1 ay ərzində tapılmazsa sənədlər  təzminat işləmləri üçün sığorta bölümünə yönləndirilir.

Xaricə gedərkən Azərbaycandan nə qədər valyuta çıxarılmasına icazə verilir?
Xaricə gedən Azərbaycan vətəndaşları üçün yerli valyutanın xaricə çıxarılmasına məhdudiyyət yoxdur, ancaq aparılan pulun məbləği mütləq bəyannamədə göstərilməlidir. Xarici valyutanın ölkədən çıxarılması zamanı isə sərnişinlərdən 10 min dollardan artıq hər bir məbləğ (və ya həmin məbləğə bərabər digər valyuta) üçün 1 faiz həcmində vergi tutulur, üstəlik, bunun üçün Azərbaycanın Mərkəzi Bankının rəsmi razılığı da təqdim olunmalıdır. Adambaşına 10 min ABŞ dolları məbləğində valyuta (və ya həmin məbləğə bərabər digər valyuta) isə hər hansı sənəd təqdim edilmədən, sadəcə gömrük orqanlarına bəyan edilməklə Azərbaycandan nağd şəkildə çıxarıla bilər.

Hansı hallarda hamilə qadınların və körpələrin hava yolları xidmətlərindən istifadəsinə icazə verilmir?
Hamilə qadınların və yeni doğulmuş körpələrin daşınması aviabilet əldə edilərkən aviaşirkətlə razılaşdırılmalıdır. Səyahət ediləcək aviaşirkətdən asılı olaraq aşağıdakı hallarda hamilə qadınların və körpələrin uçuşuna icazə verilmir:

Azərbaycan Hava Yollarında:
  • Hamiləlik müddəti 32 həftədən artıq olarsa
  • Doğuşdan 7 gün keçməyibsə
  • Yeni doğulmuş körpə 7 gündən kiçik olarsa

Türk Hava Yollarında:

  • Qadının hamiləlik müddəti 28 həftədən artıq olduğu təqdirdə yalnız həkim arayışı ilə uçuşa buraxılmasına icazə verilir; hamiləlik müddəti 36 həftədən artıq olduqda isə uçuşa icazə verilmir
  • Doğumundan 48 saat keçməyən körpələr uçuşa buraxılmır
  • 2-7 günlük körpələr həkim arayışı ilə uçuşa qəbul edilir
Ev heyvanlarının hava nəqliyyatı ilə daşınması qaydaları hansılardır?
Ev heyvanlarının hava nəqliyyatı ilə daşınması qaydaları sərnişinin səyahət edəcəyi hava yolu şirkətindən asılı olaraq dəyişir.

Azərbaycan Hava Yolları ilə ev heyvanlarının (quşların) daşınması qeydiyyatdan keçmiş baqaj kimi təyyarənin baqaj bölməsində və ya təyyarə salonunda həyata keçirilir. Bunun üçün:

  • Reysin uçma vaxtına 24 saat qalmışdan gec olmayaraq ev heyvanlarının daşınması barədə daşıyıcıya və ya onun səlahiyyətli agentinə məlumat verilməlidir;
  • Aviabiletin qeydiyyatı zamanı sərnişin ev heyvanının (quşun) sağlamlığını təsdiq edən sənədləri, habelə uçub keçmə və ya tranzit ölkələrinin tələb etdikləri digər sənədləri təqdim etməlidir;
  • Ev heyvanı (quş) hava daxil olan, möhkəm kilidli, bərk konteynerdə (taxta, plastik) və ya metal qəfəsdə yerləşdirilməlidir. Bir konteynerə (qəfəsə) hər birinin çəkisi 14 kq-dan artıq olmayan 2 heyvan yerləşdirilə bilər. Böyük çəkili heyvanlar ayrı-ayrı konteynerlərdə (qəfəslərdə) daşınmalıdır;
  • Quşlar üçün qəfəslər işıq keçirməyən qalın parça ilə örtülməlidir;
  • Ev heyvanlarının təyyarə salonunda daşına bilməsi üçün konteynerin (qəfəsin) heyvanla birlikdə çəkisi 5 kq-dan artıq olmamalı, konteynerin (qəfəsin) ölçüləri (uzunluq/hündürlük/en) 115 sm-i keçməməlidir;
  • Uçuş zamanı konteyner (qəfəs) təyyarə salonunda sərnişindən öndəki oturacağın altında yerləşdirilməlidir. Konteynerin (qəfəsin) ehtiyat çıxışlarda, keçidlərdə, baqaj rəflərində yerləşdirilməsi qadağandır.

Heyvanların daşınmasına görə haqq normadan artıq baqaj üçün müəyyən edilmiş tarif üzrə ödənilir. Görmə qabiliyyəti olmayan sərnişinləri müşayiət edən bələdçi itlər təyyarə salonunda pulsuz və qəfəssiz daşınır. Bu itlərin müvafiq təlim keçməsi barədə sertifikat təqdim edilməli, həmin itlərdə xalta və ağızlıq olmalı, onlar sahiblərinin ayaqlarının yanında oturacağa bağlanmalıdırlar.

Türk Hava Yollarının ev heyvanlarının daşınması qaydalarına görə sərnişinlər gedəcəkləri ölkənin ev heyvanlarının girişi, çıxışı və ya tranzit keçidinə icazə verməsi hallarında ev heyvanları ilə birlikdə səyahət edə bilərlər.  Bunun üçün:

  • Peyvənd olunmuş və sağlamlıq arayışı olan ev heyvanı üçün bilet rezervasiya olunmalıdır;
  • Ev heyvanının daşınması üçün sahibi tərəfindən 45x35x23 sm ölçüsündə qəfəs hazırlanmalıdır;
  • Ev heyvanının təyyarənin salonunda daşına bilməsi üçün onun çəkisi qəfəsi ilə birlikdə 6 kq-ı keçməməlidir; əgər çəki 6 kq-dan artıq olarsa ev heyvanı təyyarənin yük hissəsində daşınacaqdır;
  • Ev heyvanının pasportu, sağlamlıq və peyvənd kağızı uçuşa qeydiyyat və diğər işləmlər zamanı göstərmək üçün sərnişinin yanında olmalıdır
  • Ev heyvanı sağlam, zərəzsiz, təmiz və qoxusuz olmalıdır, əks halda uçuşa qəbul edilməyəcəkdir;
Qeyd: Görmə və eşitmə əlillərini müşayiət edən ev heyvanları salona pulsuz və qəfəssiz qəbul edilirlər. Amerikan pitbull terrier, amerikan staffordshire terrier, bull terrier, staffordshire bull terrier, japanese tosa, dogo argentino, doberman, rottweiller kimi təhlükəli ola biləcək it növləri Türk Hava Yollarının uçuşlarına qəbul edilmirlər.